Kömək

Qeydiyyat və giriş

1. Qeydiyyat - Bunun üçün E-mail və parolunuzu qeyd edib qeydiyyatdan keçirsiniz. Parol minimum 6, maksimum 15 simvoldan ibarət olmalıdır. Parolda həm rəqəm, həm də hərf istifadə edin. E-mail ünvanını zəhmət olmasa düzgün qeyd edin. Çünki oraya təsdiq kodu göndərilir. Profilinizi təsdiq etmədən isə saytda demək olar heçnə istifadə edə bilməzsiniz.
2. Sayta giriş - Sayta daxil olmaq üçün qeydiyyat zamanı daxil etdiyiniz E-mail ünvan və parolunuzu yazın. Bir dəfə daxil olmaq bütün bölmələr üçün keçərlidir.

Əlaqə

Saytda hər kəs administrasiya ilə əlaqə saxlaya bilər. Administrasiyaya məktub göndərərkən öz E-mail ünvanınızı, mövzunu və ismarıcınızı qeyd edin. Əgər sayta istifadəçi kimi daxil olmusunuzsa E-mail ünvanınız avtomatik olaraq görünəcək.

Profillər

Saytda qeydiyyatdan keçmiş hər kəsin profili vardır. Profilinizə daxil olaraq ad familiyanızı, E-mail ünvanınızı, parolunuzu, fotonuzu dəyişə bilərsiniz.

Fikirlər

Saytın bu bölməsi istifadəçilərin fikirlərinə diqqət edib onu təkmilləşdirmək məqsədi daşıyır. Yəni siz burada saytda əlavə nə istədiyinizi, nəyi istəmədiyinizi, ideyanızı, saytda olan hər hansı səhvi qeyd ede bilərsiniz. Onu da qeyd edek ki, sayt haqqında müsbət fikirlər gələcəkdə saytın ana səhifəsində göstərilə bilər.

Məktublar

Hər bir istifadəçi üçün məktub imkanı yaradılmısdır. Saytın bu bölməsi saytda yaradılmış yeni bir imkan haqqında, problem haqqında və ya sayta aid yeni bir xəbəri istifadəçilərə bildirmək üçün yaradılmışdır. Məktublar hələki administrasiyanın istifadəçilərə müraciət edəcəyi imkana malikdir.

Mənim CV - im

Sayt hər bir kəsin CV hazırlaması məqsədilə yaradılmışdır. Mənim CV-im bölməsində siz öz haqqınızda, təcrübəniz, təhsiliniz, bilik və bacarıqlarınızı qeyd edərək CV-nizi hazırlaya bilərsiniz. Hazırlanmış CV - ni istədiyiniz vaxt pdf kimi yükləmək imkanınız var. Hər bir istifadəçi 2 CV yarada bilər. Gələcəkdə, istifadəçilər ücün Premium hesab imkanı olması nəzərdə tutulur. Həmin istifadəçilər üçün isə imkanlar daha çox olacaq.