Haqqımızda

www.cv-yarat.com saytı 2015-ci ildə yerli və xarici istifadəçilərin rahat CV (Curriculum Vitae) hazırlaya bilməsi məqsədilə yaradılmışdır. Məlumdur ki, istənilən bir şəxs hər hansı bir şirkətə və ya ofisə işə müraciət etmək üçün CV yazmalıdır. Həmin şəxs CV -nin necə yazıldığını əgər bilmirsə o zaman onun CV - si işə müraciət etdiyi şirkət tərəfindən yaxşı qarşılanmaya da bilər. Çünki ola bilər ki, işə düzəlmək istəyən CV - sində özü, təhsili, iş təcrübəsi, bilik və bacarıqları haqqında ətraflı və dolğun yazmasın, hətta nəyi əvvəl və nəyi sonra yazmalı olduğunu bilməsin. Düzdür, bəzi iş təcrübəsi olan insanlar vardır ki, onlar çox gözəl və professional formada CV hazırlaya bilirlər. Lakin bəzi insanlar ya təcrübəli CV hazırlamaqda çətinlik çəkir ya da onların buna vaxtı olmur. Ona görə də biz www.cv-yarat.com saytını hazırladıq. İndi siz saytda sadəcə lazım olan informasiyanı qeyd etməklə kifayətlənəcəksiniz. Artıq sizin hər hansı cədvəllər yaratmağa, Word və ya digər mətn proqramlarında çalışmağınıza ehtiyac olmayacaq.
Əvvəllər CV hazırlamaq üçün MS Word proqramından istifadə edirdik. Bu zaman CV - ni hazırlamaq müəyyən qədər çox vaxt aparırdı. Lakin daha sonra online olaraq CV hazırlamağın mümkün olduğunu öyrəndim. Ölkəmizdə bu cür saytlar çox az olduğundan www.cv-yarat.com saytını yaratmağı qərara aldıq. Sayt daha çox istifadəçi kütləsinə yararlı olması üçün biz bir neçə dil seçimi əlavə etdik. Bəzi şirkətlər CV - ni nəinki öz ana dilimizdə, həm də xarici dildə təlb edir. Məhz dil seçiminin köməyilə siz CV -ni digər dillərdə də qeyd edə biləcəksiniz. Sizlərə uğurlu bir CV hazırlamaqda kömək etməyə şadıq !